"Rusiya bizim seçkilərə müdaxiləni davam etdirəcək"


Dünya 02 Avq 2018 23:22:00 289 0

"Rusiya bizim seçkilərə müdaxiləni davam etdirəcək"

Moskva 2018-ci ildə ABŞ Konqresinə keçiriləcək seçkilər ərəfəsində Amerika cəmiyyətinə təsir göstərmək cəhdlərini davam etdirir və Rusiya bunda maraqlı olan yeganə ölkə deyil.

Son.az oxu.az-a istinadən bildirir ki, belə bir bəyanatla ABŞ-ın Milli Kəşfiyyat direktoru Deniel Kouts jurnalistlər üçün keçirdiyi brifinqdə çıxış edib.  

"Prezident bizə konkret göstəriş verib ki, seçkilərə müdaxilə və seçkilər prosesinin mühafizəsi prioritet vəzifəmiz olsun. Biz bunu edirik və edəcəyik", - Kouts deyib.