Qaraciyəriniz niyə böyüyür Təhlükəli vəziyyətə bir addım


Digərləri 02 Avq 2018 23:25:00 321 0

Qaraciyəriniz niyə böyüyür Təhlükəli vəziyyətə bir addım

Tibbdə qaraciyərin ölçülərinin böyüməsinə   -Hepatomeqaliya deyilir.  Böyümənin səbəbləri müxtəlif ola bilər, istənilən halda qaraciyər ölçüsünün böyüməsi həyəcan siqnalıdır və ciddi xəstəliklərin başlanğıcı ola bilər. Bəzi hallarda qaraciyər böyüməsi qaraciyər çatışmazlığına kimi aparır və xəstənin ölümünə səbəb olur.

Əlamətlər və simptomlar

Adətən cüzi ölçü dəyişimi elə də ciddi simptomlar vermir. Amma proses irəlilədikcə, qarında şişkinlik, ağırlıq və qaraciyər nahiyəsində küt ağrı verə bilir.

-Sarılıq -Halsızlıq, yorğunluq -Arıqlama, ciddi çəki itkisi

Müayinəsi

Son.az medicina.az-a istinadən bildirir ki, peşəkar həkim hətta əllə yoxlama və USM- də qaraciyərdə ölçü böyüməsini təyin edə bilər.

Daha dəqiq analiz üçün müayinə olunur:

-Qan analizi - qaraciyər fermentlərinin yoxlanması -USM və KT - qaraciyərin daxilini görmək üçün -Qaraciyərdən biopsiya - toxumanın analizi üçün