Azərbaycanlıları evinə qeydiyyata saldıran şəxsə ağır cəza verildi


Dünya 02 Avq 2018 22:58:00 280 0

Azərbaycanlıları evinə qeydiyyata saldıran şəxsə ağır cəza verildi

Xaricilərdən pul alıb onları öz mənzilinə saxta yollarla qeydiyyata saldıran şəxs həbs edildi

Rusiyanın Saratov vilayətinin Engels şəhərində əvvəllər məhkum olmuş 46 yaşlı yerli sakini məhkəmə qarşısına çıxarıblar.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, o, xarici vətəndaşların saxta qeydiyyatını həyata keçirməkdə təqsirli bilinir.

"Müttəhim Engels Miqrasiya Xidmətində özünün yaşayış yerində Azərbaycan və Özbəkistandan olan 9 nəfəri 2017-ci ilin oktyabrından 2018-ci ilin yanvarına qədər saxta yolla qeydiyyata salıb" - deyə Saratov prokurorluğu bildirib.