Rusiya sərhədçiləri TürkiyəErmənistan sərhədini pozanı tutublar


Dünya 02 Avq 2018 22:35:00 206 0

Rusiya sərhədçiləri TürkiyəErmənistan sərhədini pozanı tutublar

Ermənistan sərhədində keşik çəkən Rusiya Federal Təhlükəsizlik Xidməti Sərhəd İdarəsinin əməkdaşları tərəfindən Ermənistan-Türkiyə sərhədini pozan bir şəxsin saxlanıldığı bildirilir.

Rusiyanın Ermənistandakı sərhəd idarəsindən alınan məlumata istinadən, Ermənistan informasiya vasitələri saxlanılan şəxsin Ermənistan dövlət sərhədinin Gümri sərhəd dəstəsinin nəzarət etdiyi ərazidə mühəndis-texniki vasitələrdən keçməyə cəhd etdiyi deyilir. Lakin onun adı açıqlanmır.

Yoxlama tədbirləri nəticəsində onun mobil telefonunda mühəndis-texniki qurğuları və dövlət sərhədində yerləşən istehkamların video və foto görüntülərini ehtiva edən fayllar aşkar edildiyi deyilir.