Yaşlı insanlarda xroniki qəbizliyin səbəbləri


Digərləri 02 Avq 2018 22:25:00 298 0

Yaşlı insanlarda xroniki qəbizliyin səbəbləri

55 yaşından sonra yaşlı insanlarda, xüsusən bir neçə yanaşı xəstəliyi olan insanlarda təkrarlanan, ağır və xroniki qəbizlik bir az cavan insanlara nisbətən 5 dəfə çox rast gəlinir.

Son.az medicina.az-a istinadən xroniki qəbizliyin səbəblərini təqdim edir:

-Zəif qidalanma -Orqanizmdə kifayət qədər mayenin olmaması -Fiziki hərəkətin azlığı -Çox sayda müxtəlif dərmanların qəbulu -Bağırsağın peristaltikası və funksiyasının zəifləməsi

Yaşlı insanların qidasında kifayət qədər maye və lifli qidalar olmalıdır ki, bağırsağın peristaltikası işləsin. Həmçinin dişlərin itirilməsi, protez və yaxşı çeynəməmək də qida qəbulunun keyfiyyətini azaldır. Çoxu sidik qaçırmaya görə maye az qəbul edir.

Amma ən başlıca səbəb çoxlu dərmanların qəbuludur. Məlumdur ki, diabetik dərmanlar, bəzi hormonal dərmanlar, ağrıkəsicilər, təzyiq dərmanlarının təlimatında əks təsirlər sırasında ilk yeri mədə-bağırsaq sistemi tutur. Bu dərmanlar qəbizlik yarada bilir. Amma həyati vacib dərmanların qəbulunu saxlamaq mümkün olmadığından, yaşlı insan təəssüf ki, qəbizliklə mübarizə aparmalı olur.

Ona görə həkim müayinəsində xəstə hansı dərmanları qəbul etdiyini də göstərməlidir.

Qəbizliyə səbəb olan digər xəstəliklər:

-Ürək xəstəlikləri, ürək çatışmazlığı -ŞƏkərli diabet -Hiperkalsiemiya -Hipotireoz -Sinir xəstəlikləri -Skleroz -Parkinson -Depressiya -Demensiya -Babasil, anal çat -Diverkulit -Qıcıqlanmış bağırsaq sindromu