Amerikalı agentdən sensasiyalı açıqlama:


Dünya 02 Avq 2018 22:27:00 255 0

Amerikalı agentdən sensasiyalı açıqlama:

ABŞ-ın Türkiyənin iki nazirinə sanksiya tətbiq etməsindən sonra Federal Təhqiqat Bürosunun sabiq işçisi Sibel Edmonds maraqlı açıqlamalar verib.

Son.az publika.az-a istinadən xəbər verir ki, sabiq agent Mərkəzi Kəşfiyyat İdarəsinin Türkiyədə ev həbsində saxlanılan rahib Endryu Bransonun məsələsinə həssaslıqla yanaşdığını və bu məsələni ört-basdır etməyə çalışdıqlarını dilə gətirib.

Onun sözlərinə görə, nə zaman rahib Bransonla bağlı irəliləyiş əldə edilsə, MKİ-nin içində kök atan "dərin dəyərlər" olaya müdaxilə etməyə başlayır:

"Bundan başqa, həyat yoldaşı Naurin Bransondan istifadə edərək beynəlxalq qurumlarda Türkiyəni işgəncə və pis rəftar etməkdə günahlarndırırlar. Halbuki, Türkiyə rahibin həyatını xilas edir. Çünki MKİ Bransonu Türkiyədə ikən zəhərləyib öldürməyi və hətta bu cinayəti Türkiyənin üzərinə yıxmağı planlaşdırır".

Sibel Edmonds ABŞ-ın əlində FETÖ terror təşkilatı ilə bağlı yüzlərlə dəlil sənədi olduğu halda FETÖ-çüləri təhvil verməyib üzərinə bir də rahibi geri istəməsini ikiüzlülük adlandırıb.