Nikaraquada 3 ayda aksiyalar zamanı 317 nəfər ölüb


Dünya 02 Avq 2018 22:06:00 264 0

Nikaraquada 3 ayda aksiyalar zamanı 317 nəfər ölüb

Nikaraquada 3 ayda etirazlar zamanı ölənlərin sayı 300 nəfəri ötüb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə Amerika Dövlətləri Təşkilatı (ADT) yanında İnsan Haqları Komissiyası məlumat yayıb.

Komissiyanın ADT-nin saytında dərc olunmuş məruzəsində bildirilir ki, aprelin 18-dən iyulun 30-dək olan dövrdə həlak olanların sayı 317 nəfərə çatıb.

Hüquq müdafiəçiləri isə bildiriblər ki, həlak olanlar arasında 21 polis əməkdaşı, 23 uşaq və yeniyetmə var.