Göz sağlamlığını qoruyan 4 vitamin


Digərləri 02 Avq 2018 22:10:00 284 0

Göz sağlamlığını qoruyan 4 vitamin

A vitamini - göz sağlamlığı üçün ən əhəmiyyətli vitaminlərdən biridir. A vitamini ya da retinol çatışmazlığında, gecə korluğu adı verilən gecə görə bilməmə problemi meydana gəlir.

Son.az deyerler.org-a istinadən bildirir ki, A vitamini, gözün gecə görməsini qüvvətləndirir. Kifayət qədər A vitamini qəbul edilməsə, gecə korluğu, gözyaşının azalması və buynuzlu qişa təbəqəsində problemlər inkişaf edə bilər. A vitamini yaşıl və sarı rəngli tərəvəzlər ilə meyvələrdə, yumurta, süd kimi qidalarda olur.

B2 vitamini - çatışmazlığı gözlərdə yanma və işığa qarşı həssaslıq hətta katarakt yarada bilər. B2 vitamini yəni riboflavin, gözdə katarakt meydana gəlməsinə maneə törədir, göz yorğunluğunu yüngülləşdirib miqren tutmalarını azaltmağa da köməkçi ola bilər. B2 vitamini xüsusilə ət, qaraciyər, toyuq, balıq, yaşıl yarpaqlı tərəvəzlər, paxlalılar, taxıllar, yağsız süd, qatıq, yumurta sarısı, pendir, çobanyastığı, gicitkən otu, brokoli və ispanaqda olur.