Avtomobillərin və mobil cihazların qeydiyyatı ilə bağlı


Digərləri 02 Avq 2018 21:13:00 354 0

Avtomobillərin və mobil cihazların qeydiyyatı ilə bağlı

Baş nazir Novruz Məmmədov "Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri"nin təsdiq edilməsi barədə qərar imzalayıb. Həmçinin avtomobillərin qeydiyyat rüsumlarında da dəyişiklik var.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, iyulun 31-dən, yəni dünəndən qüvvəyə minmiş qərarla satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxslər tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri müəyyən edilib.

Bundan sonra mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri mobil cihazın bazar qiymətinə uyğun müəyyən edilicək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil cihazların bazar qiymətlərini öz rəsmi internet saytında yerləşdirəcək.

Foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan və bazar qiyməti 100 dollardan aşağı olan mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödəniləcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi internet saytında marka və modeli, habelə bazar qiyməti yerləşdirilməyən mobil cihazların qeydiyyata alınmasına görə də 20 manat dövlət rüsumu ödənilməsi nəzərdə tutulur. Sözügedən təchizatları olan cihazlara görə isə rüsumlar fərqlidir:

Bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda - 30 manat;

101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda - 50 manat;

bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda -60 manat;