Şeyx əltaifə Tusi kimdir?


Digərləri 02 Avq 2018 21:15:00 272 0

Şeyx əltaifə Tusi kimdir?

Miladi XI əsrdə yaşamış Şeyx Əbu Cəfər Mühəmməd ibn Həsən Tusini cəfəri məzhəbinin inkişafındakı xidmətlərinə görə bu ləqəbə, yəni "şiə məzhəbinin şeyxi" ləqəbinə layiq bilmişlər. Son.az islam.az-a istinadən bildirir ki, o, fiqh, üsuli-fiqh, kəlam, təfsir, hədis elmlərində xüsusi istedad sahibi idi. Cəfəri məzhəbinin 4 ən mötəbər hədis məcmuəsindən ikisi ("Təhzib əl-kəlam" və "əl-İstibsar"), eləcə də, məşhur "Tibyan" təfsiri onun qələmindən çıxmışdır. O, Şeyx Müfid və Şərif Mürtəza kimi böyük alimlərdən dərs almışdı. Şeyx əl-taifə Tusinin 300-dən artıq tələbəsi olduğunu yazırlar. Alim Bağdadda yaşamış, daha sonra təqiblərdən Nəcəf şəhərinə sığınmış və burada elm mərkəzini təsis etmişdir. Nəcəf elm mərkəzinin çiçəklənməsi məhz Tusinin sayəsində baş vermişdir.

Qeyd edək ki, XIII əsrdə yaşamış dini və dünyəvi elmlərin mahir bilicisi, Marağa rəsədxanasının təsisçisi Xacə Nəsirəddin Tusi başqa şəxsdir.