Ağsuda meşəlik ərazilərdə güclü yanğın baş verib VİDEO


Digərləri 02 Avq 2018 21:04:00 261 0

Ağsuda meşəlik ərazilərdə güclü yanğın baş verib  VİDEO

Ağsuda meşəlik ərazilərdə güclü yanğın olub.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun Ağsu dolaylarından keçən hissəsində qeydə alınıb. Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğının ərazisi genişləndiyindən səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin bir helikopteri də cəlb olunub. Təqribən 30 hektar ərazidə kol-kos, otlaq və meşə ərazisi yanıb. Bəzi ərazilərdəki qalın meşəlik və kolluq yanğınsöndürənlərin işini xeyli çətinləşdirib. Yanğınsöndürənlərin səyi nəticəsində alovun yüksək gərginlikli elektrik xətlərinin ərazisinə və dolaylarda olan obyektlərə keçməsinin qarşısı alınıb. Alovun tam söndürülməsi üçün ərazidə işlər aparılır.