İsmayıllıda 27 yaşlı oğlan bıçaqlandı


Digərləri 02 Avq 2018 20:46:00 202 0

İsmayıllıda 27 yaşlı oğlan bıçaqlandı

İsmayıllı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Qubaxəlilli kəndində olub.

Kənd sakini, 1989-cu il təvəllüdlü Kərimov Ramil Tofiq oğlu həmkəndlisi 1991-ci il təvəllüdlü Şirəlibəyli İsmayıl Fikrət oğlu ilə şəxsi münasibətlər zəminində mübahisə edib.

Mübahisə nəticəsində R.Kərimov üzərində gəzdirdiyi bıçaqla İ.Şirəlibəylini bıçaqlayıb.