"Ankara ABŞın sanksiya qərarını cavabsız qoymayacaq" XİN


Dünya 02 Avq 2018 19:50:00 228 0

"Ankara ABŞın sanksiya qərarını cavabsız qoymayacaq"  XİN

Ankara ABŞ-ın Türkiyənin iki nazirinə qarşı sanksiya tətbiq etmək qərarını cavabsız qoymayacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, Türkiyə hakimiyyəti ABŞ-ın bu qərarını "düşmənçilik addımı" kimi qiymətləndirib.

Qeyd edək ki, ABŞ Türkiyənin ədliyyə və daxili işlər nazirlərinə qarşı sanksiya tətbiq edib.