“Qəpikqəpik yığmışdım ki, uşağa dəftərkitab alım”


Digərləri 02 Avq 2018 19:37:00 270 0

“Qəpikqəpik yığmışdım ki, uşağa dəftərkitab alım”

Abulbəyli kənd sakini Sübhan Ələkbərova məxsus fərdi yaşayış evi qarət olunub. 

Son.az ARB TV-yə istinadən xəbər verir ki, ilkin məlumata görə, evdən pul və qızıl-zinət əşyaları oğurlanıb. Zərərçəkənin sözlərinə görə, hadisə baş verən zaman evdə heç kim olmayıb. 

"Gəldik evə, gördük ki, uşağın şəkli və fəxri fərman düşüb yerə. Bir də 60 manat pul. O pulnan da sabah qız övladımı həkimə göstərməli idik. Həmin 60 manatı axtaranda gördük ki, evdə dağıntı olub, oğurluq olub. Sonradan axtardıq, gördük ki, 650 manat da yoxdur. Təqribən 730-800 manat civarında pul evdən oğurlanıb. Hələ bilmirik ki, nə qədər qızıl oğurlanıb. Mən o pulu qəpik-qəpik yığmışdım ki, uşağa dəftər-kitab alım", - deyə zərərçəkmiş Sübhan Ələkbərov bildirib.


Xəbərə aid fotolar