ABŞ diplomatı Qubada xalça emalatxanası və meyvə bağlarında olub (FOTO)


Digərləri 02 Avq 2018 19:22:00 269 0

ABŞ diplomatı Qubada xalça emalatxanası və meyvə bağlarında olub (FOTO)

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Uilyam Gil və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) missiya direktoru Caydev Sinqx qadınların iqtisadi imkanları haqqında danışıblar.

Bakı. ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Uilyam Gil və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) missiya direktoru Caydev Sinqx Azərbaycanın ilk sahibkar qadınlardan biri olan, Qubanın Alpan kəndində yerləşən USAID-in dəstəklədiyi xalça emalatxanasının rəhbəri Fatimat Ağamirzəyeva ilə görüşərək qadınların iqtisadi imkanları haqqında danışıblar. Səfirlikdən Trend-ə verilən məlumata görə, həmin emalatxana Alpan və ətraf Uzunmeşə, Kürkün və Susay kəndlərinin qadınlarını işlə təmin edir, eyni zamanda yerli qadınlara toxuma sənətini öyrədərək Azərbaycanın qədim xalça toxuma ənənəsini qorumağa kömək edir. Bu xalça emalatxanası USAID-in Sosial-İqtisadi İnkişaf Fəaliyyəti adlı layihəsi çərçivəsində USAID-in və Azərbaycan hökumətinin birgə maliyyə dəstəyi ilə Azərbaycanın 105 müxtəlif icmasında icra olunan 120 layihədən biridir.