Komendata hücum edən cinsi azlıq azadlığa buraxıldı


Digərləri 02 Avq 2018 18:42:00 325 0

Komendata hücum edən cinsi azlıq azadlığa buraxıldı

Nəsimi Rayon Məhkəməsində yaşayış binasının komendant köşkünə hücum edən cinsi azlığın nümayəndəsi, "Səbinə" adı ilə tanınan Qismət Sultanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az xəbər verir ki, hakim Şəlalə Həsənovanın çıxardığı hökmə əsasən, şərti cəza verilib və Q.Sultanov məhkəmə zalından azadlığa buraxılıb.

Hadisə Nəsimi rayonunda yerləşən "Kristal Abşeron"un binalarının birində baş verib. Elektrik enerjisinin kəsilməsinə görə sakin Q.Sultanov komendantın köşkünə bıçaqla hücum çəkib.