Azərbaycanın ikinci peykinin orbitə buraxılacağı


Digərləri 02 Avq 2018 18:05:00 255 0

Azərbaycanın ikinci peykinin orbitə buraxılacağı

"Azərbaycanın ikinci "Azerspace-2/Intelsat 38" geostasionar peykinin buraxılışı 2018-ci ilin sentyabrına planlaşdırılıb".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "The John Batchelor Show" (ABŞ) radio şousunun efirində "Azərkosmos" ASC-nin prezidenti Rəşad Nəbiyev deyib.

R.Nəbiyev qeyd edib ki, hazırda orbitdə Azərbaycanın iki peyki var; Afrika, Mərkəzi Asiya, Yaxın Şərq və Avropada telekommunikasiya xidmətləri göstərən "Azerspace-1" və bütün dünya üzrə, eləcə də "Google" kimi iri şirkətlərə xidmət göstərən "Azersky" peykləri var.