İntihar edən xanəndəni sonuncu dəfə çoban görüb


Digərləri 02 Avq 2018 17:27:00 333 0

İntihar edən xanəndəni sonuncu dəfə çoban görüb

Bərdə rayonunda meyiti aşkar edilən xanəndələrin ölümü ilə bağlı yeni təfərrüat məlum olub.

Son.az azvision.az-a istinadən verdiyi məlumata görə, iyulun 31-də Miryusif Mirizadə həmkarı Novruz Hüseynovun evində qonaq olub.

İlkin araşdırma zamanı N. Hüseynovun evində qan ləkələri aşkar edilib. Ehtimal edilir ki, o, sənət yoldaşını öz evində qətlə yetirib, daha sonra izi itirmək üçün onu avtomobilə qoyaraq ərazidən uzaqlaşmağa çalışıb. Hətta yaxınlıqdakı yanacaqdoldurma məntəqələrinin kameralarına düşən Hüseynovun qeyd olunan vaxtda avtomobildə tək olduğu görüntülənib. Maşının yük yerinə baxış keçirilərkən orada da qan izlərinin olduğu müəyyən edilib. Bu isə onu deməyə əsas verir ki, o, Mirizadəni evdən çıxarkən avtomobilin yük yerində gizlədib.