“Narimanfilm” kinostudiyası incəsənət, mədəniyyət və mətbuat nümayəndələrini mükafatlandırdı


Kriminal 02 Avq 2018 17:15:00 372 0

“Narimanfilm” kinostudiyası incəsənət, mədəniyyət və mətbuat nümayəndələrini mükafatlandırdı

"Narimanfilm" kinostudiyası 2 Avqust - Milli Kino Günü və Azərbaycan kinosunun 120 illiyi ilə əlaqədar bir sıra incəsənət, mədəniyyət və mətbuat işçisini mükafatlandırıb.

Son.az Trend-ə istinadən bildirir ki, kinostudiyadan verilən məlumata görə, mükafatlandırılan şəxslər "Narimanfilm" kinostudiyası ilə əmakdaşlıq etdiyi müddətdə yüksək peşəkarlıq göstərərək kinostudiyanın uğurlu layihələrə imza atmasında, ölkə daxilində və ölkədən kənarda tanınmasında, bununla da ümumilikdə Azərbaycan kinosunun və incəsənətinin inkişafında xüsusi rol oynayıblar.

Qeyd olunan xidmətlərinə görə aşağıda göstərilən şəxslərə "Fəxri fərman" və dəyərli hədiyyələr verilib:

1. Rejissor - Abiyev Murad Zakir oğlu

2. Geyim üzrə rəssam - Şabanova Olqa Nikolayevna