NIKOIL | Bank-da təcrübə keçərək öz karyeranıza başlayın


Digərləri 02 Avq 2018 17:01:15 290 0

NIKOIL | Bank-da təcrübə keçərək öz karyeranıza başlayın

NIKOIL | Bank ali təhsil müəssisələrini yeni bitirən və iş təcrübəsi olmayan gənc istedadları cəlb etmək üçün təcrübə proqramına start verib.

Bakı. 2017-ci ilin aprel ayından etibarən NIKOIL | Bank ali təhsil müəssisələrini yeni bitirən və iş təcrübəsi olmayan gənc istedadları cəlb etmək üçün təcrübə proqramına start verib. Bankdan Trend-ə verilən məlumata görə, bu müddət ərzində 80 nəfər təcrübə keçib və artıq onlardan 37 nəfəri daimi işə qəbul edilib. NIKOIL | Bank təcrübə proqramını davam etdirir və təcrübə keçməklə maraqlanan gənc istedadlı şəxsləri “Kredit mütəxəssisi” vəzifəsi üzrə ilk seçimlərdə iştirak etməyə dəvət edir.