Donald Tramp məhkəməyə verildi: "Miqrantların saxlanma şəraitini yaxşılaşdırın"


Dünya 02 Avq 2018 16:52:00 275 0

Donald Tramp məhkəməyə verildi: "Miqrantların saxlanma şəraitini yaxşılaşdırın"

ABŞ-da hüquq müdafiəçiləri qeyri-leqal miqrantların həbsxanalarda saxlanma şəraiti ilə əlaqədar ABŞ prezidenti Donald Trampın administrasiyasına, ABŞ İmmiqrasiya-Gömrük Polisinə (ICE) və Federal Həbsxana Bürosuna qarşı iddia qaldırıb.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın aparıcı hüquq müdafiəsi təşkilatı olan Amerika Vətəndaş Azadlıqları İttifaqının (ACLU) saytında dərc olunan press-relizdə bildirilir.

"Məhkəmədən İCE-yə qanunsuz şəraiti dərhal düzəltmək və yekunda saxlanılanların həbsxanadan nəql olunması ilə bağlı göstəriş verməsini xahiş edirik" - bəyanatda deyilir.