Avtomobillərin qeydiyyat qiyməti qalxdı


Digərləri 02 Avq 2018 16:54:00 229 0

Avtomobillərin qeydiyyat qiyməti qalxdı

Baş nazir Novruz Məmmədov "Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri"nin təsdiq edilməsi barədə qərar imzalayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, qərar iyulun 31-dən qüvvəyə minib. Yeni qərarə əsasən fiziki şəxslər tərəfindən alınan avtomobillərin qeydiyyata alınması  üçün rüsumlar artırılıb.

Dövlət rüsumu haqda qanunun 18-ci maddəsinin 65-ci bəndinə görə iyulun 31-nə kimi avtomobillərin qeydiyyata alınması üçün rüsum 10 manat idi.