BATE-nin futbolçusu: “Qarabağ” keçə biləcəyimiz rəqibdir”


İdman 02 Avq 2018 16:33:00 407 0

BATE-nin futbolçusu: “Qarabağ” keçə biləcəyimiz rəqibdir”

“Son iki ildə üç dəfə doğma meydanda heç-heçədən sonra qalib gəlirik. Niyə belə alındığını demək çətindir. Düzü, mənim üçün evdə və ya səfərdə qazanılan qələbənin fərqi yoxdur. Əsas məsələ komandamızın mərhələ keçməsidir”.

Bu sözləri “Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi olan BATE klubunun futbolçusu İqor Staseviç deyib.

Hüumameyilli yarımmüdafiəçi bir həftə sonra Qarabağ-a keçirəcəkləri matç haqda danışıb. 32 yaşlı futbolçu Qarabağ haqda cüzi məlumatlara sahib olduqlarını bildirib: “Finlandiya klubunu mübarizədən kənarlaşdırdıq. İndi bizi Qarabağ gözləyir. Tezliklə matçın hazırlıqlarına başlayacağıq. Qarabağ haqda cüzi məlumatımız var. Bilirik ki, komanda ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində oynayıb və nəticə əldə edib. Komandanın heyətində səviyyəli və güclü futbolçular yer alıb. Ancaq düşünürəm ki, Qarabağ keçə biləcəyimiz rəqibdir”.

Qeyd edək ki, Qarabağ və BATE komandaları arasındakı ilk matç avqsutun 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.