Kapital bazarı inkişafda bank bazarını üstələyir - Təhlil


Digərləri 02 Avq 2018 16:37:25 249 0

Kapital bazarı inkişafda bank bazarını üstələyir - Təhlil

Azərbaycanın maliyyə xidmətləri sektorunda ən böyük artım kapital bazarında müşahidə olunur.

Bakı. Azərbaycanın maliyyə xidmətləri sektorunda ən böyük artım kapital bazarında müşahidə olunur. Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) açıqladığı bu ilin altı ayı üzrə hesabatın analizi göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə artım 2,4 dəfənin üstündədir. Əslində Palatadan başlamış bu sahədə fəaliyyət göstərən bütün qurumlaradək infrastruktur tam formalaşıb və istənilən həcmdə əməliyyatların aparılması üçün sistem tam hazırdır. Yeganə zəif nöqtə isə korporativ bazar və kütləvi səhm buraxılışları üzrə gözləntilərin vaxtının qeyri-müəyyənliklə uzanmasıdır. Bu isə daha çox özəl sektordakı şirkətlərin bazara çıxmağa hazır olmamasına bağlıdır. Milyonluq dövriyyə milyarda keçdi Beləliklə, bazarın 2016, 2017 və 2018-ci ilin ilk yarımillərinin müqayisəsi göstərir ki, bank sektorunun böhranından sonra alternativ maliyyə mənbəyi kimi və alətlərin çeşidi baxımından kapital bazarı mühüm əhəmiyyət daşıyır. Buna görə də Palata bazarın iştirakçı və tənzimləyici qurumlarını səfərbər edərək, sistemi işlək formaya salmaq üçün tapşırıqlar verdi. Təbii ki, devalvasiyadan sonra inflyasiyanı cilovlamaq məqsədilə ilə dövlət qiymətli kağızları və Mərkəzi Bankın repo əməliyyatları fond bazarını aktivləşdirdi və bu kağızlar əsas ticarət alətlərinə çevrildilər. 2016-cı ildə həcmi cəmi 259 milyon manat təşkil edən dövlət qiymətli kağızları ötən 2 ildə artaraq 2018-ci ilin iyul ayına 6 milyard manatı ötdü. 2016-cı ilin eyni dövründə ümumiyyətlə qeydə alınmayan repo əməliyyatları isə 2018-ci ilin altı ayındakı 466 milyon manatlıq bir dövriyyə yaratdı. İstiqrazlara maraq azalıb Kapital bazarları alətləri arasında ən böyük zərbəni korporativ qiymətli kağızlar bazarı aldı, 2016-cı ildə həcmi 4 milyard 669 milyon manatdan yuxarı olan korporativ istiqraz bazarı 2017-ci ilin ilk yarımilliyində 82% azaldı və 856 milyon manata düşdü. Təbii ki, istiqrazların əksəriyyətinin manatla ifadə olunduğunu nəzərə alsaq və həmin dövrdə manatın dəyərsizləşməsi bu seqmentə marağı kəskin azaltdı. 2018-ci ilin eyni dövründə isə bu rəqəm 434 milyon manata düşdü. Korporativ qiymətli kağızlar bazarında yalnız ən böyük canlanma ilkin səhm buraxılışlarında qeydə alındı və 2017-ci ilin ikinci rübünün sonunda artıq 2,9 dəfəlik bir artım ortaya çıxdı. Maliyyələşmə mənbəyi kimi daha çox səhm buraxmağa meyilli olan qurumlar arasında isə banklar xüsusi aktivliyi ilə seçildilər. İllər Korporativ qiymətli kağızlar bazarının həcmi, AZN Dövlət qiymətli kağızları Törəmə maliyyə alətləri Repo/əks repo əməliyyatları 2016, II rüb 5 240 534 751 259 173 678 1 552 826 372 0 2017, II rüb 1 904 387 576 1 106 388 702 2 207 563 336 11 577 452