Yol polisi sürücünü təqib etməyib DİNdən cavab


Digərləri 02 Avq 2018 16:30:00 373 0

Yol polisi sürücünü təqib etməyib  DİNdən cavab

Daxili İşlər Nazirliyi Şirvan şəhərində yol polisinin təqibi nəticəsində sürücünün qəza törmətməsi barədə vətəndaşın müraciəti ilə bağlı açıqlama yayıb.

Son.az xəbər verir ki, Nazilriyin Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupunun baş inspektoru, polis leytenantı Toğrul Nəsirli qafqazinfo-ya açıqlamasında bildirib ki, iyul ayının 25-də Hacıqəhrəmanlı qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi barəsində məlumat təhrif olunub: "Həmin gün Şirvan Şəhər Polis Şöbəsi Yol Patrul Xidməti bölməsinin əməkdaşları rayonun Hacıqəhrəmanlı qəsəbəsi ərazisində xidməti vəzifələrini yerinə yetirərkən arxadan yüksək sürətlə hərəkət edən "Mersedes" markalı 99-GG-921 dövlət qeydiyyat nömrə nişanlı avtomobil YPX maşınının sağından ötmə əməliyyatı apararaq yolun kənarına çıxmış və nəticədə sürücü idarəetməni itirərək avtomobili aşırıb. Yəni,  YPX-nin əməkdaşları avtomobilin sürücüsü Salyan rayon sakini Fikrət Ağarzayevi təqib etməyib.  Məsələ ilə əlaqədar olaraq dərhal  Şirvan ŞPŞ YPX bölməsinin əməkdaşları hadisə yerinə gələrək, qəza nəticəsində xəsarət alan sürücü və sərnişinlərə köməklik göstərib, onları  xəstəxanaya çatdırıblar. 

Daha sonra sürücü Fikrət Ağarzayev Şirvan Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən alkotester müayinəsindən keçirilib və onun orta dərəcəli sərxoş olduğu müəyyən edilib. Araşdırmalar zamanı F.Ağarzayev öz  izahatında avtomobili sərxoş vəziyyətdə idarə etdiyini  səmimi etiraf edib".