Bakıda Azərbaycan vətəndaşına qarşı quldurluq edən əcnəbinin məhkəməsi başlayır


Sosial 02 Avq 2018 16:14:00 370 0

Bakıda Azərbaycan vətəndaşına qarşı quldurluq edən əcnəbinin məhkəməsi başlayır

Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası avqustun 13-nə təyin edilib

Bakıda quldurluqda təqsirləndirilən Rusiya vətəndaşı Viktor Çekunovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmə hakim İradə Həsənzadənin icraatına verilib.

Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası avqustun 13-nə təyin edilib.

Qeyd edək ki, quldurluq hadisəsi Bakının Nəsimi rayonunda baş verib. Rayon ərazisində Tamerlan Mustafayev naməlum şəxsin hücumuna məruz qalıb.

Həmin şəxs T.Mustafayevi kəsici alətlə hədələyərək mobil telefonunu alıb.

Daha sonra o, quldurluqla üzləşməsi barədə 22-ci polis şöbəsinə müraciət edib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Rusiya vətəndaşı V.Çekunov saxlanılıb.

Məlum olub ki, saxlanılan şəxs əvvəllər də məhkum olunub.