Səudiyyə Ərəbistanında qida israfçılığına görə cərimə tətbiq edilə bilər


Dünya 02 Avq 2018 16:19:00 283 0

Səudiyyə Ərəbistanında qida israfçılığına görə cərimə tətbiq edilə bilər

Səudiyyə Ərəbistanının Məşvərət Şurası qida israfçılığına görə cərimə nəzərdə tutan qanun layihəsinə baxır.

Son.az Trend-ə istinadən xəbər verir ki, əsas narahatlıq Krallığın artıq neçə ildir ki qida tullantılarının adambaşına düşən həcminə görə lider ölkə olması ilə bağlıdır.

Səudiyyə Ərəbistanının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, orta statistik səudiyyəli hər il 250 kq ərzaq məhsulu atır. Halbuki dünya üzrə bu göstərici 115 kq-dır.