Qarabağ - BATE matçının biletləri satışda


İdman 02 Avq 2018 16:16:00 324 0

Qarabağ - BATE matçının biletləri satışda

Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyununda Qarabağ BATE ilə qarşılaşacaq.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, matçın biletləri artıq satışa çıxarılıb. Biletlərin "qara bazar"a çıxarılmasının qarşısını almaq üçün biletləri ilkin mərhələdə yalnız aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə biləcəksiniz. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Biletlərin qiymətləri sektorlara uyğun olaraq 1,2,3,5 və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdır.

Qeyd edək ki, Qarabağ - BATE matçı avqustun 7-i saat 21:00-da start götürəcək.