Ekspert: Dayə ilk növbədə ana olmalıdır, təhsil çox da vacib deyil


Digərləri 02 Avq 2018 16:05:00 263 0

Ekspert: Dayə ilk növbədə ana olmalıdır, təhsil çox da vacib deyil

Hazırda dayələrin xidmətindən istifadə etmək geniş hal alıb.

Bakı. Ceyhun Ələkbərov - Hazırda körpə və azyaşlılar üçün dayələrin xidmətindən istifadə etmək geniş hal alıb. Bu tendensiya ən çox paytaxtda müşahidə olunur. Bəs dayə axtaran valideynlər daha çox hansı nəyə üstünlük verirlər və nəyə daha çox diqqət etməlidirlər? Trend-in sorğusuna cavab olaraq dayələr üzrə ixtisaslaşmış ekspert Diana Əliyeva bildirib ki, dayə işləmək hər xanımın bacaracağı bir peşə deyil: "Bu işlə məşğul olacaq adam ilk öncə ana olmalıdır, çünki həmin şəxs uşaqların bütün tərsliklərinə bələd olmalı və onlarla necə davranacağını bilməlidir. Analar daha çox işini bilən dayələrə üz tuturlar. Onlara bu iş üzrə təhsil çox da vacib deyil. Biz də dayə kimi işə qəbul edərkən ən birinci həmin qadının ana olmasını vacib sayırıq. Çünki həmin şəxs analıq hissini duyan biri olmalıdır. Uşaqlarla kobud deyil, nəvazişlə və diqqətlə davranmalıdır”. Ekspert bildirib ki, bu gün peşəkar dayələrin əməkhaqqı 400-600 AZN arasında dəyişir, fərq isə uşaqların yaşından, eləcə də sayından asılıdır.