Uşaqlarına əzab verən ata cəzalandı


Digərləri 02 Avq 2018 15:15:00 281 0

Uşaqlarına əzab verən ata cəzalandı

YouTube-un ən populyar "ailə vloqer"lərindən biri DJ SO COOL nikli Kordero Ceyms Bredinin kanalı qapadılıb.

Son.az TMZ-yə istinadən bildirir ki, YouTube çoxsaylı şikayətləndən sonra belə addım atıb.

5,6 milyon daimi təqibçisi olan kanalda ata uşaqlarına "Laxavites" dərmanı vermişdi. Bu preparat qəbzə qarşıdır və ishal yaradır.

Uşaqlarına dərman verəndən sonra olayı gülərək şərh edən ata halına təfavüt etməyib. Tam əksinə, o, ağrıdan ağlayan, şikayətlənən, ayaqyoluna tez-tez qaçan övladlarının görüntülərini çəkərək gülüb.

Beş uşaq atasının bu davranışını YouTube istifadəçiləri "vəhşilik" kimi dəyərləndirib.


Xəbərə aid fotolar