Kollinadan gözlənilməz qərar


İdman 02 Avq 2018 14:55:00 236 0

Kollinadan gözlənilməz qərar

UEFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina vəzifəsindən ayrılıb.

Goal.az xəbər verir ki, məlumatı qurumun rəsmi saytı yayıb. UEFA-dan edilən açıqlamada 58 yaşlı sabiq hakimin şəxsi səbəblərdən vəzifəsini tərk etdiyi bildirilib.  Kollinanın yerinə Roberto Rozzeti gətirilib.

Kollina 6 dəfə dünyanın ən yaxşı hakimi seçilib. O, 2010-cu ildən UEFA Hakimlər Komitəsinin sədri vəzifəsində çalışırdı.