İyulda milli parkları ziyarət edən turistlərin


Digərləri 02 Avq 2018 14:34:00 239 0

İyulda milli parkları ziyarət edən turistlərin

Yay mövsümü ilə əlaqədar ölkəmizdəki milli parklara səfər edən turistlərin sayında xeyli artım müşahidə edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Son.az-a verilən məlumata görə, 2018-ci ilin iyul ayında milli parkları ziyarət edən turistlərin sayı cari ilin 6 ayı ərzində səfər edən turistlərin sayından çox olub.

Belə ki, 2018-ci ilin 6 ayı ərzində milli parklara ümumilikdə 24 261 turist (bunlardan 21 223-ü yerli, 3 038-i xarici vətəndaş) səfər edib. Təkcə bu ilin iyul ayında milli parkları 25 590 turist (bunlardan 24 291-i yerli, 1 299-u xarici vətəndaş) ziyarət edib.