BMT sülhməramlılarına qarşı zorlama ittihamı VİDEO


Dünya 02 Avq 2018 14:11:00 257 0

BMT sülhməramlılarına qarşı zorlama ittihamı  VİDEO

BMT sülhməramlıları fəaliyyət göstərdikləri ərazilərdə sakinlərin təhlükəsziliyini qorumaq əvəzinə, mövcud şəraitdən istifadə edərək onlara intim təkliflər verib, hətta məcburi formada zorlayıblar.

Son.az azvision.az-a istinadən bildirir ki, bu cür dəhşətli beynəlxalq skandal barədə Böyük Britaniyanın "Channel 4" telekanalı məlumat verib. 

Telekanalda təcavüzkar sülhməramlılarla bağlı göstərilən xüsusi filmdə qeyd olunub ki, BMT-nin Afrikada fəaliyyət göstərən "mavi dəbilqəlilər"i uzun illər ərzində qadınlar və azyaşlı qız uşaqlarını təhqir ediblər. Əsgərlərin bu cinayəti barədə isə yalnız ötən il xəbər tutulub. 

Britaniya telekanalının göstərdiyi filmdə cinayətin təfərrüatları onu törədənlər və qurbanlarının şəxsən öz dilindən açılır. BMT sülhməramlıları etiraf ediblər ki, insanların yoxsulluğu və köməksizliyindən istifadə edərək intim xidmət əvəzində onlara qəpiklər verirdilər. Hətta buna məcbur da ediblər.