Gənc oğlanı vəhşicəsinə döydülər


Digərləri 02 Avq 2018 13:35:00 247 0

Gənc oğlanı vəhşicəsinə döydülər

Gəncə şəhərində döyülən şəxs xəstəxanada ölüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, iyulun 31-də ağır kəllə-beyin travması ilə Gəncə şəhər Mərkəzi Klinikasına yerləşdirilən Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Yusifov Kamran Abbas oğlu avqustun 1-də günorta saatlarında dünyasını dəyişib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə başlanan cinayət işi Cinayət Məcəlləsilinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsiyə edilərək Gəncə şəhər Prokurorluğuna göndərilib.