İyulda milli parkları 26 minə yaxın turist ziyarət edib


Digərləri 02 Avq 2018 13:33:00 220 0

İyulda milli parkları 26 minə yaxın turist ziyarət edib

Yay mövsümü ilə əlaqədar ölkəmizdəki milli parklara səfər edən turistlərin sayında xeyli artım müşahidə edilib.

Bakı. Elçin Mehdiyev - Yay mövsümü ilə əlaqədar ölkəmizdəki milli parklara səfər edən turistlərin sayında xeyli artım müşahidə edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, 2018-ci ilin iyul ayında milli parkları ziyarət edən turistlərin sayı cari ilin 6 ayı ərzində səfər edən turistlərin sayından çox olub. Belə ki, 2018-ci ilin 6 ayı ərzində milli parklara ümumilikdə 24 261 turist (bunlardan 21 223-ü yerli, 3 038-i xarici vətəndaş) səfər edib. Təkcə bu ilin iyul ayında milli parkları 25 590 turist (bunlardan 24 291-i yerli, 1 299-u xarici vətəndaş) ziyarət edib.