Pakistanda ağır qəza: 20dən çox uşaq yaralandı


Dünya 02 Avq 2018 13:21:00 236 0

Pakistanda ağır qəza: 20dən çox uşaq yaralandı

Pakistanın şimalındakı Xayber Paxtunxva əyalətində məktəb avtobusunun yük maşını ilə toqquşması nəticəsində azı 24 uşaq yaralanıb.

Son.az report-a istinadən xəbər verir ki, hadisə Peşavar şəhəri yaxınlığında baş verib.

Qəzadan sonra uşaqlar xəstəxanaya çatdırılıb, onlara tibbi yardım göstərilib.