“Dəniz kuboku-2018” müsabiqəsinin ilk epizodu yerinə yetirilib


Digərləri 02 Avq 2018 13:27:35 244 0

“Dəniz kuboku-2018” müsabiqəsinin ilk epizodu yerinə yetirilib

“Dəniz kuboku-2018” müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmilərinin heyətləri yarış çərçivəsində müəyyən olunmuş birinci mərhələnin ilk epizodunu yerinə yetiriblər.

Bakı. “Dəniz kuboku-2018” müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmilərinin heyətləri yarış çərçivəsində müəyyən olunmuş birinci mərhələnin ilk epizodunu yerinə yetiriblər. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, hərbi dənizçilər “Dəniz hazırlığı” üzrə yarışda gəminin lövbərə və çəlləyə durması tapşırıqlarını icra ediblər. Mərhələnin sonunda hakimlər briqadasının yekun qərarına əsasən bu epizodun qalibləri müəyyən olunacaq.