Bakıda dələduzluqda təqsirləndirilən vəkilə hökm oxundu


Digərləri 02 Avq 2018 13:03:00 250 0

Bakıda dələduzluqda təqsirləndirilən vəkilə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Vəkillər Kollegiyasının üzvü Lətif Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, L.Ağayev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda olduqda) və 32.4 (ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətmə sövq etmə) maddələri ilə ittiham edilir.

İttihama aktına əsasən, L.Ağayev hazırda həbsdə olan Sabrina Alxasovanın həyat yoldaşı Mehdi Süleymanova qarşı dələduzluq edilib. M.Süleymanov həyat yoldaşının cəzasının yüngülləşdirilməsi üçün Ədliyyə Nazirliyinin sabiq böyük inspektoru Tahir Şəbiyevə 31 min manat pul verib.