Bu il Azərbaycanda 39 yeni dini icma qeydiyyata alındı


Digərləri 02 Avq 2018 13:07:00 255 0

Bu il Azərbaycanda 39 yeni dini icma qeydiyyata alındı

Bu ilin iyul ayında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycanda 26 yeni dini icma qeydiyyata alınıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Komitədən məlumat verilib.

Qeyd olunub ki, dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan - 01.09.2009-cu ildən etibarən Azərbaycanda komitə tərəfindən 835 dini icma dövlət qeydiyyatına alınıb.