Yol polisi sürücülərə xəbərdarlıq etdi: "Həmin avtomobil sahiblərinə qarşı tədbirlər görüləcək"


Digərləri 02 Avq 2018 12:56:00 311 0

Yol polisi sürücülərə xəbərdarlıq etdi: "Həmin avtomobil sahiblərinə qarşı tədbirlər görüləcək"

Daxili İşlər, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin birgə təsdiq etdiyi "Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi sahəsində nəzarətin gücləndirilməsinə dair 2018-2020-ci illər üçün Tədbirlər Planı"nın icrasına start verilir.

Son.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, 11 bənddən ibarət plana əsasən, avqust ayının 1-dən etibarən ölkə ərazisində ənənəvi olaraq "Təmiz Hava" aylığı keçirilir.

V.Əsədov qeyd edib ki, bu müddət ərzində avtomobil mühərriklərindən işlək vəziyyətdə ətraf mühitə atılan zərərli maddələrin qarşısının alınmasında qanunvericiliyin tələblərinə uyğun fəaliyyət gücləndiriləcək, atmosferə atılan zərərli tullantıların normadan artıq olduğu avtomobillər aşkarlanaraq müvafiq tədbirlər görüləcək: