Bakıda yanacaqdoldurma məntəqəsinə silahlı basqın edənlərin məhkəməsi başladı


Digərləri 02 Avq 2018 12:58:00 336 0

Bakıda yanacaqdoldurma məntəqəsinə silahlı basqın edənlərin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda yanacaqdoldurma məntəqəsinə basqın etməkdə təqsirləndirilən Həsən Mansurov və Bəxtiyar Camalovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin baxış iclası avqustun 6-na təyin edilib.

İttihama görə, bu il aprelin 16-da, gecə saat 03 radələrində Xətai rayonu ərazisində yerləşən yanacaqdoldurma məntəqələrindən birinə gələn iki maskalı şəxs orada operator işləyən 3 nəfəri tapançaya oxşar əşya ilə hədələyib, onlardan 867 manat pul alaraq hadisə yerini tərk edib.

Hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - Həsən Mansurov və əvvəllər məhkum olunmuş Bəxtiyar Camalov saxlanılıblar.