Ağsu dolaylarında və Hirkan Milli Parkında yanğınlar söndürülüb


Digərləri 02 Avq 2018 12:52:00 319 0

Ağsu dolaylarında və Hirkan Milli Parkında yanğınlar söndürülüb

Lənkəran rayonunun Yuxarı Nüvədi (Aleksyevka) kəndinin yaxınlığında, Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 24 saylı dolayında baş verən yanğın Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları və kənd əhalisi tərəfindən qısa müddət ərzində söndürülüb.

Bakı. Lənkəran rayonunun Yuxarı Nüvədi (Aleksyevka) kəndinin yaxınlığında, Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 24 saylı dolayında baş verən yanğın Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları və kənd əhalisi tərəfindən qısa müddət ərzində söndürülüb. Bu barədə Trend-ə ETSN-dən məlumat verilib. Avqustun 1-də saat 22:00-da başlayan yanğın 0,01 hektara yaxın ərazini əhatə edib və nəticədə quru xəzəl, qurumuş və yıxılmış ağaclar yanıb. Eyni zamanda avqustun 2-də saat 3 radələrində Ağsu meşəbəyliyinin 8 saylı dolayında baş verən yanğın da Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları tərəfindən qısa müddət ərzində söndürülüb.