Monitorinq insidentsiz başa çatıb


Digərləri 02 Avq 2018 12:57:00 235 0

Monitorinq insidentsiz başa çatıb

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 2-də Füzuli rayonu istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib.

Bakı. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 2-də Füzuli rayonu istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb.