Poqba La Liga nəhəngi ilə danışıqlar aparır


İdman 02 Avq 2018 12:10:00 283 0

Poqba La Liga nəhəngi ilə danışıqlar aparır

Barcelona Manchester United-in futbolçusu Pol Poqbanı transfer etməyə çalışır.

Goal.az-ın "Tuttosport"a istinadən yaydığı xəbərə görə, fransalı yarımmüdafiəçi ilə həmyerlisi -  “Barca”nın texniki direktoru Erik Abidal danışıq aparır.25 yaşlı futbolçunun da Barcelona-ya keçmək istədiyi bildirilir.

Qeyd edək ki, 2016-cı ildə 105 milyon avro qarşılığında Juventus-dan  Manchester United-ə keçən Pol Poqbanın klubu ilə 2021-ci ilədək müqaviləsi var.