Naməlum şəraitdə döyülən 24 yaşlı şəxs xəstəxanada öldü


Digərləri 02 Avq 2018 12:01:00 248 0

Naməlum şəraitdə döyülən 24 yaşlı şəxs xəstəxanada öldü

Gəncə şəhərində döyülən şəxs xəstəxanada ölüb.

Bakı. Samir Əli - Gəncə şəhərində döyülən şəxs xəstəxanada ölüb. Trend-in məlumatına görə, iyulun 31-də ağır kəllə-beyin travması ilə Gəncə şəhər Mərkəzi Klinikasına yerləşdirilən Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Yusifov Kamran Abbas oğlu avqustun 1-də günorta saatlarında dünyasını dəyişib. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə başlanan cinayət işi Cinayət Məcəlləsilinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsiyə edilərək Gəncə şəhər Prokurorluğuna göndərilib.