“Çalışacağam ki, Chelsea-də qalmağa razı salım”


İdman 02 Avq 2018 11:47:00 277 0

“Çalışacağam ki, Chelsea-də qalmağa razı salım”

Chelsea-nın baş məşqçisi Maurisio Sarri komandanın futbolçular Eden Azar, Tibo Kurtua və Vilianla bağlı danışıb.

Goal.az xəbər verir ki, baş məşqçi bu futbolçuları klubda saxlamağa çalışır: “Hər üçü ilə şənbə günü söhbət edəcəyəm. Onlar yüksək səviyyəli oyunçulardır. Çalışacağam ki, Chelsea-da qalmağa razı salım. Bütün variantlardan istifadə edəcəyəm. İstənilən məşqçi Eden Azar, Tibo Kurtua vəVilian kimi peşəkarları heyətində görmək istər”.