Azərbaycanda 3 uşaq anası özünü öldürdü


Digərləri 02 Avq 2018 11:31:00 279 0

Azərbaycanda 3 uşaq anası özünü öldürdü

Qusar rayonunda 3 uşaq anası intihar edib.

Son.az report-a istinadən xəbər verir ki, rayonun Köhnə Xudat kənd sakini, 1952-ci il təvəllüdlü Təranə Hüseynova özünü su ilə dolu hovuza ataraq intihar edib. 

Altmış altı yaşlı qadının meyiti yaxınları tərəfindən hovuzda aşkar edilib. 

Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.