Seneqallı futbolçu milli karyerasını bitirdi


İdman 02 Avq 2018 11:12:00 257 0

Seneqallı futbolçu milli karyerasını bitirdi

Mussa Sou millidən getdi Seneqal millisinin hücumçusu Mussa Sou beynəlxalq karyerasını başa çatdırıb.

Goal.az xəbər verir ki, məlumatı hücumçu özü verib. Sou 2009 –cu ildən millidə yer alırdı. Komandada 50 oyun keçirib,19 qol vurub. DÇ-2018-də Seneqal millisinin heyətində olsa da, heç bir matçda meydana çıxmayıb. Seneqallılar mundialda 3 oyuna 4 xal toplayaraq qrup üçüncüsü olublar.