Gədəbəy sakini atasını döyüb xəstəxanalıq etdi


Digərləri 02 Avq 2018 11:09:00 263 0

Gədəbəy sakini atasını döyüb xəstəxanalıq etdi

Gədəbəy rayon sakini oğlu tərəfindən döyülüb.

Son.az report-a istinadən xəbər verir ki, rayonun Toplar kənd sakini, 1944-cü il təvəllüdlü Aydın Şıx oğlu Məmmədhəsənov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. 

A.Məmmədhəsənov oğlu tərəfindən döyüldüyünü deyib. Onun oğlu Yaşar Məmmədhəsənov polis tərəfindən saxlanılıb. Sərxoş olan gənc atasını döyməyi xatırlamadığını deyib.

Faktla bağlı araşdırma aparılır.