Sautqeytlə daha yaxşı şərtlərlə müqavilə bağlanacaq


İdman 02 Avq 2018 10:52:00 284 0

Sautqeytlə daha yaxşı şərtlərlə müqavilə bağlanacaq

İngiltərə Futbol Assosiasiyası milli komandanın dünya çempionatında çıxışından razı qalıb.

Goal.az xəbər verir ki,assosiasiya baş məşqçi Qaret Sautqeytlə müqaviləni daha yaxşı şərtlərlə artırmaq niyyətindədir. Sautqeytin millidəki işi 2020-də başa çatır. Müqavilənin müddəti artırılsa, İngiltərə millisi 2022-ci ilin mundialına bu mütəxəssislə yollanacaq.Tərəflər gələn həftə danışıqlara başlayacaqlar. Xatırladaq ki, İngiltərə millisi dünya çempionatında bürünc medallar ugrunda oyunda Belçikaya 0:2 hesabı ilə uduzaraq dördüncü olub.